Öd kisənizdə daşlar niyə əmələ gəlir?

Qaraciyər daim öd ifraz edir. Öd xüsusi orqanda — öd kisəsində toplanır və daha sonra ehtiyac yarandıqda onikibarmaq bağırsağına daxil olur. Öd həzm proseslərində iştirak edir, yağları parçalayır. Öd xolesterol, turşular, piqmentlər və fosfolipidlərdən ibarət olan duru maddədir.
Bəs bu maddə necə daşlara çevrilir?

Davamı →

Öd kisəsi xəstəliklərinin profilaktikası

Əgər sizdə bu xəstəliyə meyllilik varsa, çalışın aşağıdakı qaydalara əməl edəsiniz.
— Düzgün, rasional və hissəvi qidalanma rejimi. İdealda gün ərzində eyni vaxtlarda olmaqla 5-6 dəfəlik qida rejimi məsləhət görülür (bunlardan 3-ü tam dəyərli və 3-ü isə yüngül qəlyanaltı qida qəbulu).

Hər qida qəbulu zamanı onikibarmaq bağırsağa öd ifraz olunur ki, bu da öd kisəsində durğunluğun qarşısını alır. Bu o deməkdir ki, gün ərzində az sayda qida qəbul edilməsi öd kisəsində durğunluğa səbəb olur. Onu da qeyd etmək lazımdır ki, tez-tez qida qəbul edilməsi rejiminə hər gün əməl etmək lazımdır.


Ardı →